SEO

Yandex axtarış motoruna veb sayt necə əlavə edilir?

Artıq hər birimiz internetdən geniş istifadə edirik və axtarış edib əldə etdiyimiz məlumatlar kiməsə zəng edib məlumat almaqdan daha sürətli nəticə verir. Axtarış motoru, internetdə mövcud olan məzmunu, şəkli, videonu və s. axtaran və gün ərzində tez-tez istifadə olunan bir mexanizmdir.

Axtarış motoru nədir və necə çalışır?

Bu axtarış motorlarının yaranması ilə də “web crawler” termini ortaya çıxmış oldu və crawl işini edən xüsusi alqoritmaya isə bot və ya hörümçək toru (spider) deyilir. Bu botlar veb saytlardakı bütün linkləri toplayıb, yaddaşda saxlayır. Axtarmaq istədiyiniz məhsula və ya xidmətə uyğun açar sözü yazıb axtarış verəndə insanların bu məlumatları tez və dəqiq əldə etmələrini təmin etməyi hədəflədilər. SEO-nun ilk mərhələsi də bu botları saytınıza çəkib, saytdakı bütün məzmunları indeksləməsini təmin etməkdir. Botların məzmunları, linkləri indexləməsi üçün Google, Yandex və Bing axtarış motorlarına saytı əlavə etmək lazımdır.

Yandex Webmaster nədir?

Yandex Webmaster, istifadəçilərə Google xidmətlərinə bənzər bir xidmət təqdim edir. Sayt sahiblərinin veb sayt performansını yaxşılaşdırmasına və izləməsinə imkan yaratmaq üçün yaradılmış müxtəlif xüsusiyyətləri olan bir veb menecer xidmətidir. YYandex Webmaster istifadə edərək veb saytın indeksləmə vəziyyətini, axtarış statistikasını və baş verə biləcək səhvləri mütəmadi olaraq yoxlaya bilərsiniz.

Sayt Yandex-ə necə əlavə edilir?

Yandex botlarının saytın linklərini və məzmunları indexləməsi üçün veb saytı Yandex-ə tanıtdırmaq lazımdır. İlk öncə yandex.com-a daxil olub, hesab yaradın. Daha sonra https://webmaster.yandex.com/welcome/-a daxil olaraq “GO” butonunu klikləyin.

Açılan yeni səhifədə “Add site” butonuna klikləyib, saytınızın brauzerdə görünən tam adını daxil edərək saytı əlavə edin. (məs: https://sinefil.az/)

Daha sonra bir pəncərə açılacaq və saytı Yandex-ə tanıtdırmaq üçün ya HTML faylı, ya da meta tag kodlarını sayta əlavə etmək lazımdır.

  • HTML faylını yükləyib, saytın kök fayllarına əlavə etməklə

DİQQƏT: Əgər cPanel-dən rahat istifadə edə bilmirsinizsə, ikinci üsuldan istifadə edə bilərsiniz.

HTML faylı yükləyib, hostinqdən cPanel-zə daxil olun. İşarəlidiyim “dosya yönetici” hissəsinə klikləyin.

Şəkildə işarətlənən “www” bölməsinə klikləyib, HTML faylını həmin hissəyə yükləyin. Prosesi bitirdikdən sonra “check” butonuna klikləyin. Beləliklə, saytımızı Yandex-ə tanıtdırmış olduq.

  • HTML kodunu kopyalayıb saytın kodlarına daxil etməklə

İkinci üsul kimi meta tag kodlarını kopyalayıb, saytınızın <head> bölməsinə yapışdırmaq lazımdır.

WordPress sistemli saytlarda tək bir plaqin ilə bunu rahatlıqla edə bilərsiniz. Admin panelin sol tərəfindən Qoşmalar – Yeni qoşma əlavə et hissəsinə daxil olun. Daha sonra Simple Custom CSS and JS adlı qoşmanı yükləyib, aktivləşdirin.

Sol tərəfdə aktivləşən həmin qoşmada Add HTML Code bölməsinə daxil olub, sizə verilən HTML kodunu ora daxil edib, sol tərəfdə göründüyü kimi header kod bölməsini seçib yaddaşa verin.

Kodu saytımıza əlavə etdikdən sonra doğrulayın butonuna klikləyin. Beləliklə, domenimizi Yandex-ə tanıtdırmış olduq.

Back to top button