WordPressWordPress Plugin
Məsləhətli

WhatsApp butonu necə əlavə edilir?

Whatsapp indi həyatımızın sürətli mesajlaşma baxımından əvəzolunmaz tətbiqdir. WordPress Whatsapp qoşması ilə veb-saytınıza bir neçə dəqiqə ərzində bir WhatsApp işarəsi əlavə edərək müştəriləriniz və ya istifadəçilərinizlə daha sürətli əlaqə qura biləcəksiniz. Bu yazıda özümün də istifadə etdiyim qoşmadan bəhs edəcəyəm.

Bəhs etdiyim qoşma – Join.Chat qoşmasıdır. Özüm bütün veb layihələrdə istifadə edirəm və istifadəsi isə olduqca çox sadədir. Join.Chat qoşmasının pulsuz versiyası sizə lazım olan işi yerinə yetirəcəkdir. Qoşmanın ödənişli funksiyalarını isə bu linkdən incələyə bilərsiniz.

Join.Chat plugin

Qoşmanı aktivləşdirmək üçün standart olaraq admin paneldən Qoşmalar – Yenisini əlavə et hissəsinə klikləyib, Join.Chat qoşmasını aktivləşdirirsiz. Qoşma aktivləşdirdikdən sonra sol admin paneldə Parametrlər bölməsində tapa bilərsiniz. Qoşmaya daxil olduqdan sonra verilmiş xanaları doldurduqdan sonra veb saytınızda WhatsApp ikonu görünəcəkdir.

Qoşmanın parametrlərində General bölməsində müvafiq xanalara etməli olacağınız aşağıdakılardır:

  • Telephone – Ölkə bayrağını seçib, 050/051/070/077 şəkildə başlayan nömrənizi tam daxil edin;
  • Message – İstədiyiniz mesajı yazaraq sizə yönlənən müştərini salamlaya bilərsiniz;
  • Image – WhatsApp ikonunu dəyişə bilərsiniz;
  • Tooltip Veb-saytınızda WhatsApp butonunun yanında hansı mesajın yazılmasını təyin edə bilərsiniz. Məsələn, “Sizə kömək lazımdır?”;
  • Position on Screen – WhatsApp butonunun veb-saytınızda sağda və ya solda yerləşməsini seçə bilərsiniz;
  • Button Delay – WhatsApp butonunun necə saniyədən sonra açılmasını təyin edə bilərsiniz;
  • Mobile Only –   WhatsApp butonunu yalnız mobil cihazlarda görünməsini seçə bilərsiniz;
  • WhatsApp Web – WhatsApp butonunu yalnız veb-brauzerdə görünməsini seçə bilərsiniz;
  • Call to Action – WhatsApp butonuna klikləyən görünməsini istədiyiniz mesaji yaza bilərsiniz. Məsələn, “Salam, necə kömək edə bilərik?”;
  • Button Text – Söhbət pəncərəsini açarkən Call to Action xanasında yazdığınız mətnin altında bu hissəyə “Söhbətə başla” yazaraq müştəriyə sizinlə mesajlaşmasını təşviq edə bilərsiniz;
  • Theme color – WhatsApp butonun rəngini seçə bilərsiniz. Məsələn, mən WhatsApp-ın orijinal #25d366 rəng kodundan istifadə edirəm;
  • Chat Delay – Söhbətə başladıkdan sonra WhatsApp-a necə saniyəyə yönləndirməsini seçə bilərsiniz.

Qoşmanın parametrlərində Visibility bölməsində isə WhatsApp butonunun saytın hansı səhifələrində görünüb-görünməməsini seçə bilərsiniz.

Join.Chat

Gördüyünüz kimi WhatsApp butonunu yalnız saytın ana səhifəsində görünməsini seçmişəm. Siz hansı səhifələrdə görünüb-görünməməsini müvafiq xanalardan təyin edə bilərsiniz.

Əgər WordPress sistemli sayt qurmaq istəyirsinizsə, sizin üçün tam detallı, şəkilli izahlarla hazırladığım WordPress necə qurulur? başlıqlı yazımı oxuya bilərsiniz.

Back to top button