WordPress
Məsləhətli

WordPress necə qurulur?

Sayta ehtiyacım var və WordPress-i necə qurum? deyirsinizsə bu bloq yazım tam sizin üçündür. Tam 4 addımda detallı şəkildə öncədən aldığınız domenə WordPress-i quraşdırmağın yolunu izah etmişəm. WordPress necə qurulur? daha detallı davam edin…

WordPress-i aktivləşdirməyin bir necə yolu var. Lakin, cPanel olan hostinqlərdə pulsuz şəkildə bir çox işləri sizin üçün avtomatik edirlər. Sizin edəcəyin tək şey bir necə proseduru başa çatdırmaqdır. Mən sizə yalnız ən rahat və ən sadə yolunu izah edəcəyəcəm. Cəmi bir necə dəqiqə ərzində bir kliklə WordPress-i öncədən aldığımız domenə quraraq, istifadə edə biləcəksiniz. Bunun üçün bir domen və sürətli hostinq lazımdır.

İlk öncə qeyd edim ki, əgər WordPress-i öyrənmək istəyirsinizsə, mütləq şəkildə domen və hostinq almağınıza ehtiyac yoxdur. Hələlik kompüterinizin C Diskinə, yəni local hosta WordPress-i quraşdıraraq da öyrənə bilərsiniz. Bu haqda ayrı bir bloq yazım olacaqdır. Yox əgər, ilk dəfədən domen və hostinq alaraq WordPress-i quraşdırmaq istəyirsənizsə, elə bu bloq sizə tam rəhbərlik edəcəkdir.

WordPress nədir?

WordPress, heç bir proqramlaşdırma dilini bilmədən çox sadə bir şəkildə peşəkar saytlar qura biləcəyiniz bir məzmun idarəetmə sistemidir. Yarandığı ilk vaxtlarda yalnız şəxsi bloq yaratmağı nəzərdə tutulmuşdursa, günümüzdə xəbər və müxtəlif informasiya portalları, korportativ saytlar, forum, e-ticarət və istənilən mövzulu veb saytlar yaratmaq mümkündür. Daha ətraflı məlumat üçün WordPress nədir? Yeni başlayanlar üçün WordPress!https://aim.az/wordpress-nedir/ adlı bloq yazıma keçid edə bilərsiniz.

Addım 1: Domen alın

WordPress-i sayta qurmaq üçün domen və hostinq lazım olduğu üçün ilk öncə domen almaq lazımdır. Domen, veb saytınızın və brendinizin adını təşkil edir. Çalışın ad seçimi edərkən ona uyğun domen boş olsun. Çünki, şirkətin adı başqa, domeni başqa olanda “uğursuz naming” kimi dəyərləndirilir.

Domeni hardan alaq?

Əgər domen adını .az istəyirsinizsə, online.az və ya smarthost.az şirkətlərinin birindən onlayn əldə edə bilərsiniz. Mənim hər iki şirkətdə də domenlərim var və ortalama 2-5 saat ərzində aldığım domenlər təsdiqlənib. Domenin təsdiqlənməsini profilinizdən görə bilərsiniz. Qeyd edim ki, bu iki şirkətdən başqa şirkətlər də .az uzantılı domen satırlar. Lakin, qeyd etdiyim iki şirkətdən başqa digər şirkətlərdə domen almadığım üçün tövsiyyə edə bilmirəm. Bu tip domenin qiyməti isə ilk qeydiyyat 20 AZN, illik ödəniş 20 AZN olmaqla toplamda 40 AZN təşkil edir. Növbəti ilin tamamında domenin müddətini uzatmaq üçün 20-25 AZN ödəniş etməlisiniz

Digər uzantılı yəni, .com, .net, .me, .co kimi domen almaq istəyirsinizsə, yüzlərlə həm yerli, həm xarici saytlar mövcuddur. Araşdırıb, özünüzə uyğun bir yerdən onlayn ala bilərsiniz. Mən bu tipli domenləri uzun illər istifadə etdiyim cenuta.com şirkətindən əldə edirəm. Qiymətlər isə hər domen uzantısından və şirkətlərin öz qiymət strategiyasından asılı olaraq 17 AZN-dən başlayır. Premium domen adı olarsa, qiymət çox yüksək olacaq. Domen qiymətləri ilə qeyd etdiyim sayta daxil olub alan adı bölməsindən axtarış verib, öyrənə bilərsiniz.

Əgər domen məsələsi artıq həll oldunsa, növbəti addım sürətli hostinq alıb, WordPress-i quraşdırmaqdır.

Addım 2: Sürətli WordPress hostinq alın

Veb saytların ən əsas məsələsi hostinq-dir. Əgər domen bir evdirsə, hostinq isə evin təməli, sütunudur. Evin təməli çökərsə, ev də çökər”. Ona görə hostinq məsələsinə ciddi yanaşın və ən keyfiyyətli, etibarlı şirkətlərdən əldə edin. Keyfiyyətli hostnq şirkətləri necə olur? deyirsinizsə, həm orijinal cPanel-dən, həm uzun illər istifadəçilərin təcrübəsindən keçmiş şirkətləri seçməliyik.

Ölkəmizdə hostinq satışı ilə məşğul olan bir neçə şirkətlər var. Hələlik tövsiyyə edəcəyim yerli hostinq şirkəti yoxdur. Qiymətləri isə mənim sizə təklif edəcəyim hostinq paketlərindən yuxarıdır. Tövsiyə edirəm ki, ilk başlanğıc üçün tanınmış türk hostinq şirkətlərindən başlayın. Mən bütün layihələrimdə Türkiyənin keyfiyyətli hostinq şirkəti olan Cenuta ilə çalışıram.

Uyğun WordPress hostinq paketini seçin

Sizə lazım olan domeni alıb, təsdiqləndikdən sonra növbəti addım uyğun hostinq paketini seçməkdir. Hostinq paketlərinin içində bizə lazım olan WordPress hostinq paketləridir.

İlk öncə cenuta.com saytına daxil olub, “üye ol” butonuna klikləyib qeydiyyatdan keçin. Qeydiyyatdan keçərkən “TC kimlik numarası” xanasına 01100110101 bu rəqəmləri yazın. Digər xanaları isə müvafiq olaraq şəkildə göstərdiyim nümunə üzrə doldurub, qeydiyyat prosesini başa çatdırın.

Oxucuyularım üçün 15% endirim promo kodumundan yararlanmaq istəyirsiniz? Bunun üçün yeni səhifədən bu linkə klikləyin. Daha sonra şəkildə göstərdiyim kimi sizə uyğun hostinq paketini seçib, “satın al” butonuna klikləyin. Məsələn mən WordPress XL paketindən istifadə edirəm.

Aşağıda açılmış olduğu səhifədə, “Mevcut alan adımı kullanmak istiyorum” xanasına öncədən aldığınız (domen təsdiqləndikdən sonra) domeni yazıb, kullan butonuna klikləyin.

Açılan növbəti səhifədə sol tərəfdə “promosyon kodu” xanasına 15% endirim qazanmaq üçün YWLRM4G722G0 bu kodu daxil edib, yanındakı ox işarəsinə klikləyin və aşağıda nümunə kimi göstərdiyim şəkildə endirim qazanmış olacaqsınız.

Açılan növbəti səhifədə “hesab bilgisi” bölməsində “zaten kayıtlı” butonunu seçib, qeydiyyatdan keçdiyiniz məlumatları yazıb “gönder” butonuna klikləyin.

Açılan növbəti səhifədə “ödeme yap” butonuna klikləyərək 15% endirimli hostinq paketini alın.

Cenuta WordPress hostinq paketini almaq

Addım 3: WordPress-i quraşdırın

Artıq hostinq paketini almış olduq. Geriyə qalan növbəti addım isə aldığımız hostinqə bir kliklə WordPress-i quraşdırmaqdır. Bunun üçün cenuta saytına daxil olun. Daha sonra şəkildə göstərdiyim yerə klikləyib, cPanel-ə daxil olun.

Cenuta

cPanel-ə daxil olduqdan sonra aşağıdakı şəkil kimi görünəcəkdir. Növbəti bloqlarımda cPanel-dən istifadə qaydaları haqqında bəhs edəcəyəm. İndi heç bir şeyə toxunmayın və lap altda işarələdiyim kimi WordPress butonuna klikləyin.

cPanel

Növbəti açılan səhifədə işarələdiyim kimi “şimdi kur” butonuna klikləyin.

WordPress necə qurulur?

Daha sonra qarşınıza çıxan belə səhifədə admin username xanasına login, admin password xanasına isə parolunuzu yazın. Login və parol veb saytınızın admin panelinə daxil olmaq üçün istifadə edəcəksiniz. Ona görə login və parolunuzu unutmamaq üçün bir yerə qeyd edin. Ən sonda isə “yükle” butonuna tıklayın, 5-10 saniyə ərzində hostinqə WordPress-i quraşdırmış olacaqsınız.

WordPress necə qurulur?

Addım 4: DNS dəyərlərini daxil edin

Biz artıq öncədən aldığımız domenə hostinqi əlavə edib, hostinqə WordPress-i quraşdırmış olduq. Lakin, hər bir hostinqin öz DNS dəyərləri olduğu üçün aldığımız domenə hostinqin DNS dəyərlərini daxil etmək lazımdır ki, domen və hostinqi əlaqələndirmiş olaq. Əgər domen və hostinqi eyni şirkətdən almısınızsa DNS dəyərlərini əlavə etməyə ehtiyac yoxdur. Bunun üçün domen aldığınız veb sayta keçid edin. Məsələn əgər .az uzantılı domeni online.az-dan almınısıza, profilinə daxil olun və şəkildə göstərdiyim butona klikləyin.

Bütün bu prosesləri tamamladıqdan sonra ən sonda DNS dəyərlərini domenə daxil etmək lazımdır. Hostinq paketini alanda qeydiyyatdan keçdiyiniz e-mailə lazımi bütün məlumatlar göndəriləcəkdir. Həmin e-maili mütləq yaddaşa verin və silməyin. Həmin e-maildə sizə verilən Nameserver 1 və Namseserver 2 dəyərlərini müvafiq olaraq şəkildə göstərdiyim bölmədən daxil edib, yaddaşa verin. Qeyd edim ki, domeni hansı saytdan almısınızsa (əgər domen və hostinq fərqli şirkətlərdirsə) eyni qaydada profilinizə daxil olaraq DNS dəyərlərini bu şəkildə dəyişməlisiniz.

Bir necə dəqiqə keçdikdən sonra domeninizi brauzerə yazıb yoxlayın. Artıq veb saytınızın aktiv olduğunu görəcəksiniz. Veb saytınızın admin panelinə daxil olmaq üçün isə standart olaraq brauzerdə https://domenadınız.az/wp-admin yazaraq login və parolunuzu qeyd edib daxil olursunuz.

YouTube kanalımda qısa yolla prosedurları izləyə bilərsiniz. Digər WordPress ilə bağlı yazıları oxumaq üçün bu linkə klikləyin.

Back to top button