WordPress
Məsləhətli

WordPress-də maksimum fayl yükləmə ölçüsü necə artırılır?

WordPress standart olaraq admin paneldən fayl yükləmə funksiyası ilə gəlir. İstər şəkillər, istər tema, istərsə də qoşmaları həmin yükləmə funksiyası ilə yerinə yetirilir. Lakin, bəzi yüksək həcmli fayllar var ki, yükləmə edərkən aşağıdakı kimi xəta mesajı gəlir. Bu problemi bir necə metod ilə həll etmək mümkündür.

upload file limit

.htaccess ilə fayl yükləmə ölçüsünü artırmaq

Bu metodla sadəcə php_value upload_max_filesize formatını .htaccess faylına daxil etmək lazımdır. Bu şəkildə maksimum yükləmə limitini təyin edəcəksiniz. Aşağıdakı addımları diqqətlə yerinə yetirin:

  • cPanel-dən və ya FTP ilə saytın kök fayllarına daxil olun;
  • .htaccess faylını tapın və “düzenle (dəyişiklər et)” butonuna klikləyin;
  • Həmin faylın içinə aşağıdakı kodları daxil edib, faylı yaddaşa verin
php_value upload_max_filesize 128M
php_value post_max_size 128M
php_value max_execution_time 300
php_value max_input_time 300

wp-config.php ilə fayl yükləmə ölçüsünü artırmaq

Bu metodla sadəcə bir sətirlik kodu həmin faylın içinə yapıştırmalısınız. Bu şəkildə alternativ ikinci metodla maksimum yükləmə limitini təyin edəcəksiniz. Aşağıdakı addımları diqqətlə yerinə yetirin:

  • cPanel-dən və ya FTP ilə saytın kök fayllarına daxil olun;
  • wp-config.php faylını tapın və “düzenle (dəyişiklər et)” butonuna klikləyin;
  • Həmin faylın içinə aşağıdakı kodu daxil edib, faylı yaddaşa verin
define('WP_MEMORY_LIMIT', '128M');

Beləliklə, yuxarıda qeyd etdiyim iki metoddan biri ilə maksimum fayl yükləmə limit problemini həll edə biləcəksiniz. Hər ehtimala qarşı təlimatları yerinə yetirmədən öncə həmin faylın bir nüsxəsini saxlayın.

Əgər WordPress sistemli sayt qurmaq istəyirsinizsə, sizin üçün tam detallı, şəkilli izahlarla hazırladığım WordPress necə qurulur? başlıqlı yazımı oxuya bilərsiniz.

Back to top button