WordPress
Məsləhətli

Facebook Messenger Chat butonu necə əlavə edilir?

Facebook Messenger Chat butonunu WordPress-ə necə əlavə edilməsi ilə bağlı sadə yolla bəhs etməyə çalışacam. Bundan öncəki WhatsApp butonu necə əlavə edilir? adlı bloq yazımda veb-saytınıza WhatsApp butonunu əlavə etməsindən bəhs etdim. Bu bloq yazımda isə Facebook Messenger chat butonunu veb-saytınıza əlavə edərək müştərilərinizin birbaşa Facebook səhifənizin mesaj bölümünə keçid edərək sizinlə əlaqə saxlaya biləcək. Bunun üçün təbii ki, mütləq Facebook səhifəniz olmalıdır.

Facebook Messenger Chat kodunun əldə edilməsi

Yaratdığınız Facebook səhifəsinə daxil olun. Şəkildə göründüyü kimi Inbox, daha sonra isə Chat Plugin bölməsinə klikləmək lazımdır. Əgər sizdə də Add Chat to your website bölməsi görünürsə, birbaşa Get Started butonuna klikləməyiniz kifayətdir.

Add Facebook Messenger Chat to yout website

Bundan sonra şəkildə göründüyü kimi Set up klikləyib, bizə lazım olacaq kodu əldə etməkdir. Set up butonuna kliklədikdən sonra verilən dörd mərhələni tamamlamaq lazımdır.

Set up Facebook Messenger Chat plugin
  • Step 1: Set language – Sizə uyğun dili seçib, Save & Continue butonuna klikləyin;
  • Step 2: Add domains – Domeninizi tam şəkildə (məs: https://aim.az/) daxil edib, Save & Continue butonuna klikləyin. Əgər daha ğncədən Facebook səhifə parametrlərində domen adınızı səhifənizə daxil etmisinizsə, bu hissədə domeniniz avtomatik əlavə edilmiş kimi görünəcək;
  • Step 3: Copy code – Bu mərhələdə bizə lazım olacaq kodu götürüb, saytımıza əlavə etmək olacaq. Kodu əldə etmək üçün Copy Code butonuna klikləyin;
  • Step 4: Paste code to website – Əldə etdiyimiz kodu veb sayta əlavə etmək lazımdır;
Your Chat plugin is ready!

Facebook Messenger Chat kodunun veb-sayta əlavə edilməsi

Proses olduqca çox sadədir. Bunun üçün admin sol paneldə Görünüş – Modullar bölməsinə daxil olun. Modullar bölməsindəki olan Custom HTML modulunu veb-saytın Footer hissəsinə əlavə edərək verilmiş kodu ora daxil edin. Kodu daxil edərkən şəkildə işarətlədiyim yerdə tamam butonuna klikləməyi unutmayın. Daha sonra sayta daxil olduqdan sonra Facebook Messenger Chat butonunu görmüş olacaqsınız.

Custom HTML Facebook Messenger Chat code

Facebook Messenger Chat butonun fərdiləşdirilməsi

Veb-saytımıza əlavə etdiyimiz Facebook Messenger Chat butonunun fərdiləşdirilməsi, yəni butonun ölçüsünü, rəngini dəyişdirmək üçün Facebook səhifəmizdəki kodu əldə etdiyimiz səhifədə Customise your Chat plugin bölməsinə klikləyərək istədiyiniz kimi rəngini, ölçüsünü, butonun veb-saytın sağında və ya solunda görünməsini təyin edə bilərsiniz.

Customise your Facebook Messenger Chat plugin

Facebook Messenger Chat butonunun fərdiləşdirərkən, veb saytınızdakı buton avtomatik olaraq dəyişmiş olacaq. Yəni, kodu bir dəfə saytla inteqrasiya etməklə limitsiz sayda Facebook səhifəsində bu fərdiləşməni edə bilərsiniz.

Əgər WordPress sistemli sayt qurmaq istəyirsinizsə, sizin üçün tam detallı, şəkilli izahlarla hazırladığım WordPress necə qurulur? başlıqlı yazımı oxuya bilərsiniz.

Back to top button