Woocommerce

Woocommerce nədir? E-ticarət üçün kifayət edirmi?

Şirkətiniz üçün bir e-ticarət saytı qurmaq istəyirsiniz və qərar verə bilmirsiniz? WooCommerce kiçik və orta müəssisələr üçün ən yaxşı bir həlldir. Bəs WooCommerce nədir WooCommerce ilə necə e-ticarət saytı qurmaq olar? Gəlin, ətraflı incələyək…

WordPress sistemli saytınızdan pul qazanmağın bir yolunu axtarırsınızsa, onlayn mağaza açaraq öz məhsullarınızı satmağınız ən yaxşı seçimlərdən biridir. Öz məhsullarınızı satarkən tam nəzarətdə sizdə olur və öz qiymətlərinizi təyin edə bilərsiniz.

WooCommerce nədir?

İlk öncə qeyd edim ki, WooCommerce WordPress sistemli saytlar üçün xüsusi yazılmış qoşmadır. WordPress nədir? adlı yazıma keçid edərək ətraflı məlumat ala bilərsiniz.

WooCommerce hazırda dünyada 300.000 mindən çox onlayn mağazanın istifadə etdiyi bir qoşmadır və istifadəsi gündən-günə artmaqda davam edir. WooCommerce quraşdırılması və istifadəsi rəqiblərinə nisbətən çox asandır. Bir WordPress qoşması olduğundan, WordPress qura bilən və istifadə edə bilən bütün istifadəçilər sadəcə WooCommerce-i bir kliklə quraşdırıb istifadə edə bilərlər. Qoşmanın istifadəsi bu qədər sadə olması və asanlıqla elektron ticarətə başlaya bilməsi ən böyük səbəblərindən biridir.

WooCommerce-in qısa tarixçəsi

WooCommerce əvvəlcə Mike Jolley və James Koster tərəfindən hazırlanmışdır. İlk versiyasını 2011-ci ildə istifadəyə buraxdılar və veb sayt qurmaq üçün istifadə olunan WordPress, heç bir kod bilmədən WooCommerce ilə bir elektron ticarət saytı yaratmağımıza kömək edən bir tətbiq halına gəldi. WordPress sistemi çox asan və faydalı olduğu üçün WooCommerce qısa müddətdə ən çox seçilən platformalardan birinə çevrildi. Qoşmanın çox populyar və çevik olması, WordPress ilə uyğunluğu AutoMattic adlı bir şirkətin diqqətini çəkdi. Nəticədə 2015-ci ildə bu şirkət tərəfindən alındı və o vaxtdan bəri bütün təkmilləşdirilmələr AutoMattic şirkəti tərəfindən həyata keçirilir.

WooCommerce necə qurulur?

Yuxarıda qeyd etdiyim kimi, WooCommerce, WordPress üçün xüsusi yazılmış qoşmadır. Buna görədə ilk öncə bir WordPress saytı qurmalısınız. Veb saytın admin panelinə daxil olduqdan sonra sol menyudan Qoşmalar-Yenisini əlavə et butonuna klikləyib sağ üst hissədəki axtarış hissəsinə “WooCommerce” yazaraq qoşmanı aktivləşdirməlisiniz.

Back to top button