WordPress

WebP nədir? Jpeg və Png şəkil formatını WebP-ə çevirmək

Sürətli yüklənən veb saytın olması, hər bir veb sayt idarəçilərin istəyidir. Saytın sürətini optimallaşdırma yollarından biri də şəkillərin WebP formatında istifadə edilməsidir.

WebP nədir?

WebP, Google tərəfindən 2010-cu ildə inkişaf etdirilmiş bir fayl formatıdır. Şəkilin keyfiyyətini qoruyaraq şəkillər üçün daha yüksək bir sıxılma dərəcəsi təmin edir. Bu format, PNG və JPEG formatları ilə müqayisədə şəkil keyfiyyətini itirmədən 26%-dan çox sıxılma ilə şəkilin həcmini kiçildir. Fəaliyyətə başlayanda Chrome, Mozilla kimi brauzerlər dəstəkləyirdisə artıq bütün brauzerlər dəstəkləyir.

WordPress-də WebP şəkil formatını aktivləşdirmək

WordPress saytlarında WebP şəkil formatını yükləmək olmur. Bunun üçün functions.php faylına daxil olub, lazımi kodu daxil etmək lazımdır. Bunu 2 üsulla etmək mümkündür.

cPanel vasitəsilə aktivləşdirmək

Saytın kök faylına cPanel-dən daxil olun. Daha sonra dosya yöneticisi – www – wp includes – functions.php addımlarını edərək həmin fayla daxil olun. Ctrl + F qısa düyməsindən istifadə edərək sağ yuxarı hissəsinə jpg yazın və cəmi 3 yerdə aşağıda qeyd etdiyim formada webp kodunu yazmaq lazımdır.

'image/webp'  => 'webp',
WebP
'webp'                         => 'image/webp',
WebP
'webp'
WebP

Kod vasitəsilə aktivləşdirmək

Admin paneldə Görünüş – Tema düzənləyici (Theme editor) – functions.php bölməsinə daxil olaraq ən sonda aşağıdakı kodu daxil edə bilərsiniz

//** *aim.az | webp sekil formatini aktivlesdirmek ucun istifadə ediləcək kodlar */

function webp_upload_mimes($existing_mimes) {

    $existing_mimes['webp'] = 'image/webp';

    return $existing_mimes;

}

add_filter('mime_types', 'webp_upload_mimes');

//** * webp gorselleri kutuphaneden gorebilmek icin gereken kodlar.*/

function webp_is_displayable($result, $path) {

    if ($result === false) {

        $displayable_image_types = array( IMAGETYPE_WEBP );

        $info = @getimagesize( $path );

        if (empty($info)) {

            $result = false;

        } elseif (!in_array($info[2], $displayable_image_types)) {

            $result = false;

        } else {

            $result = true;

        }

    }

    return $result;

}

add_filter('file_is_displayable_image', 'webp_is_displayable', 10, 2);

Beləliklə, WordPress-ə qeyd etdiyim hər iki üsulla WebP formatını aktivləşdirmək mümkündür.

Jpeg və Png şəkil formatını WebP-ə necə çevirək?

WebP formatına çevirmək üçün 2 üsuldan istifadə edirəm. İlk üsul kimi Romeolight proqramını ilə bu işi bir necə saniyə ərzində edirəm. İlk öncə bu linkdən proqramı yükləyib, quraşdırın. Daha sonra öncədən hazırladığınız jpeg və ya png şəkil formatlarını proqramın içinə atıb, şəkildə göstərdiyim hissəyə klikləyin.

WebP şəkil formatına çevirmək üçün proqram

Proqramsız online konvertasiya

Əgər Windows əməliyyat sistemindən istifadə etmirsinizsə, proqramdan istifadə etmək istəmirsinizsə, convertio.co və ya squoosh.app saytlarından istifadə edə bilərsiniz. Mən saytımın bütün şəkil fayllarını WebP formatına çevirməmişdən ilk öncə kontenti yazıram, daha sonra .jpeg və ya .png formatında şəkilləri hazırlayıram. Ən sonda isə qeyd etdiyim resurslardan istifadə edərək kontentin şəkillərini WebP formatına çevirirəm.

WebP istifadə etmək SEO-ya təsiri varmı?

Google birbaşa olaraq WebP şəkillərinin SEO reytinqlərinizə təsir edəcəyini bildirməmişdir. Ancaq Google, Webp texnologiyası inkişaf etdirmiş və veb saytlarımızın sürətini artırmaq üçün sıxışdırılmış WebP şəkillərdən istifadə etməyi tövsiyə edir.

Veb saytınızın sürət performansını ölçmək üçün PageSpeed ​​Insights istifadə edirsinizsə, Google-un şəkillərinizi WebP-ə çevirməyi tövsiyə etdiyini görəcəksiniz. WebP şəkil formatı ümumiyyətlə PNG və ya JPEG-dən daha yaxşı sıxılmasını təmin edir və yükləmələr daha sürətli olacaqdır. WebP istifadə edərək veb saytınızın daha sürətli yüklənməsinə kömək edə bilər. Bu, dolayı yolla SEO-ya təsir edir. Eyni zamanda daha sürətli yükləyən veb saytlar, istifadəçi rahatlığı baxımından faydalıdır.

Siz də aşağıdakı kimi saytın sürətinin və dəyərlərinin yüksək olmasını istəyirsinizsə, bu üsuldan istifadə edərək aşağıdakı nəticəni əldə edə bilərsiniz =)

WordPress necə qurulur? yazımı oxuyaraq ilk WordPress layihəsini reallaşdıra bilərsiniz.

Back to top button