SEO
Məsləhətli

SEO nədir?

Bu bloq yazımda SEO nədir? SEO necə edilir? Googleda ilk sıralarda necə çıxa bilərəm? SEO nə üçün vacibdir? SEO-nu necə öyrənə bilərəm? və bu kimi suallara cavab tapmaqla yanaşı, sizə bu mövzularda tam rəhbərlik edəcəkdir.

Hər gün milyonlarla insan internetdə yeni-yeni məlumatlar, xidmətlər və məhsullar axtarmaqdadır. İllərlə olan təcrübələrə əsasən ilk iki sırada çıxan səhifələrə keçid edilir. Buna görədə siz də məhsul və xidmətlərinizin ilk sıralarda nəticələnməyini istəyirsinizsə, saytınızı SEO etməlisiniz. SEO (Search Engine Optimization) sözü bizim dildə “Axtarış Motoru Optimizasiyası” kimi tərcümə edilir və veb saytların heç bir pul ödəmədən tamamilə təbii yolla Google, Yandex, Bing kimi axtarış sistemlərində ilk sıralara çıxmasını təmin edir. Bir sözlə, internetdə olan bütün linklərin axtarış motorlarında ən üst sıralara çıxmasını təmin edən Rəqəmsal Marketinqin bir növüdür.

Unutmayın ki, SEO birdəfəlik bir şey deyil. SEO, sonu olmayan saytınızı davamlı olaraq optimallaşdırmalı olduğunuz prosesdir. Bunu etmək üçün axtarış motorunun hansı kriteriyalara, şərtlərə görə axtarış nəticələrinin sıralamasını anlamalısınız. SEO-nu öyrənmək hər bir sayt sahibinin bilməsi lazım olan bir şeydir. Bir veb sayt sahibi SEO üsullarını bilmədən saytını idarə edirsə, məhsul və ya xidmətlərinin Google, Yandex kimi axtarış motorlarında üst sıralarda çıxması asan olmayacaqdır.

SEO nə üçün vacibdir?

Hər bir sayt sahibinin ən çox maraqlandıran suallardan biri də Google-da ilk səhifədə necə yüksəlməyidir. Bu məqsədə çatmaq üçün SEO etməlisiniz. Düzgün SEO strategiyası real, pulsuz şəkildə veb saytlarınıza ziyarətçilər cəlb edərək, məhsul və xidmətlərinizdən xəbardar edə bilərsiniz. Google-da ilk səhifə çıxmaq həm rəqiblərinizdən öndə olursunuz, həm də satışınıza bilavasitə təsir göstərir. Təbii ki, veb saytınıza ziyarətçilərin cəlb edilməsi ilə məhsul və xidmətlərin satışını təşkil etmək düzgün ümumi Rəqəmsal Marketinq strategiyası qurulmalıdır. SEO-da, həmin Rəqəmsal Marketiqin bir parçasıdır.

SEO-ya nələr daxildir?

Bir veb saytınızı SEO-nu etmək istəyirsinizsə Texniki SEO, Sayt daxili SEO (On Page SEO) və Sayt xarici SEO (Off Page SEO) mərhələlərinin hər biri yerinə yetirməli, veb saytınızı daim optimallaşdırmalısınız.

  • Texniki SEO: Veb saytınızın Google, Yandex, Bing kimi axtarış motorlarının indeksləməsi üçün əlavə edilməsi, veb saytınızın açılma sürəti və bir necə texniki optimallaşdırmalardan ibarətdir.
  • Sayt daxili SEO (On Page SEO): Veb saytları daha yüksək sıralamaq və axtarış motorlarında daha uyğun trafik qazanmaq üçün optimallaşdırma işidir. Bu bölməyə; URL inşası, uyğun açar sözlərdən ibarət H1, H2 kimi başlıqların və meta açıqlamaların yazılması, SEO uyumlu menyu və kontentin yazılması kimi mövzular daxildir.
  • Sayt xarici SEO (Off Page SEO): Axtarış motorunun nəticələr səhifəsindəki (SERP) bir veb saytın vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edə biləcəyiniz üsullara aiddir. Bu bölməyə; geri bağlantılar (backlink), rəqiblərin açar söz araşdırması, sosial mediya bağlantıları kimi mövzular daxildir.

Qeyd etdiyim hər 3 bölmənin və hər bölməyə aid mövzuları düzgün SEO strategiyası quraraq edilməsi veb saytınızın axtarış motorlarında istədiyiniz nəticəni ala biləcək.

Ölkəmizdə veb saytlara gələn trafik həcminin demək olar ki, 90%-i Google-dan, qalan trafik həcmi isə Yandex-dən gəlir. Bəs saytınız bu axtarma motorlarına əlavə olunubmu? Axtarma motorları saytınızın bütün səhifələrini gəzə bilirmi? Əgər saytınızın texniki SEO baxımından əskikləri varsa ilk öncə bunlar tamamlanmalıdır. Bir nüansı mütləq qeyd edim ki, saytınız tam hazır olduqdan sonra bu prosesə başlayın. Texniki SEO-nu tam anlaya bilmək üçün axtarma motoru nədir və hansı məntiqlə çalışır? sualına cavab tapmaq lazımdır.

Axtarış motoru nədir və necə çalışır?

Artıq hər birimiz internetdən geniş istifadə edirik və axtarış edib əldə etdiyimiz məlumatlar kiməsə zəng edib məlumat almaqdan daha sürətli nəticə verir. Axtarış motoru, internetdə mövcud olan məzmunu, şəkli, videonu və s. axtaran və gün ərzində tez-tez istifadə olunan bir mexanizmdir. Bu axtarış motorlarının yaranması ilə də “web crawler” termini ortaya çıxmış oldu və crawl işini edən xüsusi alqoritmaya isə bot və ya hörümçək toru (spider) deyilir. Bu botlar veb saytlardakı bütün linkləri toplayıb, yaddaşda saxlayır. Axtarmaq istədiyiniz məhsula və ya xidmətə uyğun açar sözü yazıb axtarış verəndə insanların bu məlumatları tez və dəqiq əldə etmələrini təmin etməyi hədəflədilər. SEO-nun ilk mərhələsi də bu botları saytınıza çəkib, saytdakı bütün məzmunları indeksləməsini təmin etməkdir. Botların məzmunları, linkləri indexləməsi üçün Google, Yandex və Bing axtarış motorlarına saytı əlavə etmək lazımdır.

Saytınızı Google axtarış motoruna əlavə edin

Google Search Console, SEO mütəxəssisləri üçün geniş imkanları təmin edən pulsuz SEO alətidir. Bir veb sayt yaratdıqdan sonra ilk addım saytı Google ilə tanış etməkdir. Google botları tərəfindən saytınızı indexlənməsi üçün Google Search Console istifadə etməlisiniz. Google tərəfindən pulsuz təklif olunan bu SEO aləti, veb saytınızdakı hərəkətləri izləməyinizə, Google-un veb saytınızı necə incələdiyini və indekslədiyini analiz etməyinizə, saytda texniki səhvləri tapmaq və onları düzəltməyə imkan verir. Google Search Console-a saytınızı əlavə etmək və istifadə qayları haqqında https://aim.az/google-search-console bu yazıma keçid edib tanış ola bilərsiniz.

Saytınızı Yandex axtarış motoruna əlavə edin

Yandex botlarının saytın linklərini və məzmunları indexləməsi üçün veb saytı Yandex-ə tanıtdırmaq lazımdır. Veb saytınızı Yandex axtarış motoruna əlavə etmək üçün https://aim.az/yandex-webmaster/ bu linkdəki bloquma keçid edə bilərsiniz.

DAVAMI VAR…

Back to top button