Sayt adına uyğun korporativ e-mail necə yaradılır?
Pulsuz korporativ e-mail açmaq istəyirsiniz? Bu bloq yazımda tam praktiki necə korporativ e-mail yaradıldığı sizlərlə bölüşəcəyəm. Cəmi bir necə dəqiqə ərzində sayt adınıza uyğun korporativ e-maillər yarada biləcəksiniz. Korporativ e-mailləri Yandex Mail servisi üzərindən idarə edəcəksiniz.
Niyə Yandex Mail?
Korporativ e-mail istifadə edənlər outlook, gmail servislərindən daha çox istifadə edirlər. Bu servislərdən istifadə etmək e-mail başına illik ödəniş etmək lazımdır. Yanex Mail servisi isə korporativ e-mail yaratmaq üçün ödəniş etməyə gərək yoxdur. Limitsiz saytda domen adına uyğun e-mail yaradaraq həm mobil proqramdan, həm də brauzerdən pulsuz istifadə edə bilərsiniz. Hər e-mail üçün 10 GB online disk-dən də istifadə edə bilərsiniz.
Addım 1: Yandex Mail hesabı yaradın
İlk öncə Yandex Mail hesabınıza daxil olun və ya yenisini yaradın. Məsləhət görərdim ki, domeninizə uyğun yeni bir e-mail hesabı yaradın. Məsələn, mən [email protected] hesabını yaratdım və bundan sonra bütün əməliyyatları bu hesabdan idarə edəcəyəm. Çünki gələcəkdə layihəni kiməsə satanda və ya bir işçiyə həvalə edəndə şirkətə məxsus bütün hesabları tam səliqəli şəkildə təhvil verəcəksiniz.
Addım 2: Connect Yandex hesabınıza daxil olun
Hesabı yaratdıqdan sonra bütün əməliyyatları connect.yandex.com adresindən istifadə edəcəyik. Bu linkə daxil olduqdan sonra ”Try out” butonuna klikləyirik.
Belə bir pəncərə açılacaq və şirkətinizin, biznes hesabınızın adını yazıb, ”sign up” edirik.
Daha sonra belə bir bölmə açılacaq. Birinci və ya sonuncu yerə klikləyib domen adını daxil etmək lazımdır.
Mən sonuncu ”yönetim” hissəsinə klikləyib işarətlədiyim yerə daxil olub, domen adını daxil etdim.
Şəkildə göründüyü kimi domen adını yazıb ”ekle” butonuna klikləyirik. Burada domen adı o deməkdir ki, e-mail uzantısı [email protected]ı.com şəklində görünəcəkdir.
Daha sonra bizdən domen adını təsdiqləməyimizi tələb edir. İşin ən diqqət edilməsi tərəfi məhz bundan sonra başlayır. Narahat olmayın, çox sadədir. Sadəcə diqqətlə addımları təkrarlayın =)
Addım 3: Yandex hesabı ilə saytı əlaqəndirin
Şəkildə göründüyü kimi belə bir pəncə açılacaq və bizə 4 yolla (Meta tag, HTML file, DNS, Whois) yandex hesabını saytla əlaqələndirməyi təklif edir. Mənim istifadə etdiyim ən rahat yol Meta tag hissəsindəki kodu saytın kod hissəsinə əlavə etmək lazımdı.
Saytın fayllarına daxil olub, kodları əlavə etməyinə gərək yoxdur. Bunun üçün hazır plugin var. Sol admin paneldən qoşmalar hissəsinə daxil olub,”Simple Custom CSS and JS” qoşmasını yükləyin.
Qoşmanı yüklədikdən sonra Add Custom HTML hissəsinə daxil olun. Meta tag kodunu daxil edib, dərc et butonuna klikləyirik. Dərc et butonuna kliklədikdən sonra həmin kodlar saytın <header> kod hissəsinə avtomatik olaraq əlavə olunacaqdır. Ümumiyyətlə bu qoşma bu kimi işlərdə mənim çox işimə yarayır və hər dəfəsində saytın fayllarına daxil olub, kodları əlavə etməyə gərək qalmır =)
Diqqət! ”Check” butonuna tıklayıb əməliyyatı təsdiqləməyi unutmayın.
Biz artıq saytı Connect Yandex hesabla əlaqələndirdik. Bundan sonra bizə verilən kodları hostinqin DNS-nə əlavə etməliyik ki, e-mail göndərə və qəbul edə bilək. Kodları görmək üçün aşağıdakı şəkildə hissəyə klikləmək lazımdır.
Addım 4: Hostinqə daxil olub, DNS-ə dəyərləri daxil edin
Deməli, Yandex-in verdiyi 4 hissəli kodları DNS-nə əlavə etmək lazımdır. Bunun üçün ilk öncə hostinqin cPanelinə daxil oluruq. Zone Editor hissəsinə daxil olduqdan sonra bizə verilən dəyərləri daxil etməliyik.
Zone Editor-a daxil olduqdan sonra “yönet” butonuna klikləyin.
MX dəyərini daxil edin
- Ad hissəsi domen adı avtomatik olaraq yazılır. Əgər yazılmasa domen adı ən sonda nöqtə (.) işarəsi olduğuna əmin olun;
- Tip bölməsindən: MX seçin;
- Öncelik hissəsinə: 10 yazın;
- Hedef yer: mx.yandex.net yazın;
- “Kayıt ekle” butonuna klikləyin.
TXT dəyərlərini daxil edin
- Ad hissəsi domen adı avtomatik olaraq yazılır. Əgər yazılmasa domen adı ən sonda nöqtə (.) işarəsi olduğuna əmin olun;
- Tip bölməsindən: TXT seçin;
- Kayıt hissəsinə: v=spf1 redirect=_spf.yandex.net yazın;
- “Kayıt ekle” butonuna klikləyin.
Daha sonra ikinci TXT dəyərini əlavə etmək üçün aşağıdakı addımları eyni ilə təkrarlayın
- Ad hissəsi avtomatik olaraq yazılır. Əgər yazılmasa mail._domainkey.domenadı. (Məs: mail._domainkey.aim.az.) kimi olduğuna əmin olun;
- Tip bölməsindən: TXT seçin;
- Kayıt hissəsinə sizə verilmiş avtomatik kodu yapıştırın: v=DKIM1; k=rsa; t=s; p=MIGfMA0GCSqGSIb3DQEBAQUAA4GNADCBiQKBgQC2I6Mt/iLNxDO/QmtmV/nZjfl6sfdNH3KQ2kuIHwFCX6auX/MiH7/bnMTWA6F699/M1hDvjF8RQ01Xlg+TbUvd/PXdl0nixjOSvkfJU9/rPbx56RYG5AXZ24Y6xOqodxMSeDWjsG4wW4hCxZa8zpeFL0LJrDRddtIHPSlIw9bvVwIDAQAB
- “Kayıt ekle” butonuna klikləyin.
CNAME dəyərini daxil edin
- Ad hissəsi domen adı avtomatik olaraq yazılır. Əgər yazılmasa mail.domenadı. (Məs: mail.aim.az.) Ən sonda nöqtə (.) işarəsi olduğuna əmin olun;
- Tip bölməsindən: CNAME seçin;
- Kayıt hissəsinə: domain.mail.yandex.net yazın;
- “Kayıt ekle” butonuna klikləyin.
Hostinqin avtomatik olaraq təyin etdiyi AA və digər dəyərlərinə əl dəyməyin. Cpanel-in avtomatik əlavə etdiyi digər MX, Cname, TXT dəyərlərini hamısını silib, yalnız daxil etdiyiniz dəyərləri saxlayın.
Əgər Cloudflare-dən istifadə edirsinizsə, eyni şəkildə Cloudflare-də DNS bölməsində dəyərləri daxil etməlisiniz. Əks halda məktublar spam qutusuna düşəcək.
Addım 5: Sayt adına uyğun e-mail yaradın
Artıq hər şey tamamlandı. Geriyə qalan tək şey e-maillər yaradıb istidadə etmək. Eyni qaydada connect.yandex.com adresinə daxil olub. ən sonuncu ”yönetim” hissəsinə klikləyirsiniz.
Aşağıda qeyd etdiyim butona tıklayıb, şəkildə prosedurları edirsiniz vəssəlam…
Ad, soyad, yaş, cins və digər müvafiq xanaları doldurun. Login hissəsinə istədiyiniz e-mail adını, parol hissəsinə isə parolunuzu yazın. Məsələn: [email protected]ı, [email protected]ı və s. Ən sonda “ekle” butonuna klikləyin və e-mail hazırdır =)
Vəəə budur! Siz artıq korporativ e-mail hesabınızı yaratdınız! Limitsiz sayda sayt adına uyğun e-maillər yaradıb, redaktə edib, silə bilərsiniz. Yaratdığınız e-maildən istifadə etmək üçün brauzerdən mail.yandex.com daxil olmaqla, mobil telefonla isə yandex-in android və İOS proqramını yükləyib, login və parolunuzu daxil edərək istifadə edə bilərsiniz.
E-mail adresinin işlədiyinə əmin olmaq üçün gmail və ya hotmail e-mail adresinə məktub göndərib, qəbul edirsiniz. Unutmayın, əgər məktublar spam qutusuna düşürsə demək hansısa nüansı nəzərdə qaçırmısınız. Yuxarıda gedişatı izləyərək hər şeyi düz etdiyinizi yoxlayın.
Bacardığım qədəri ilə hər şeyin ən detalına kimi izah etməyə çalışdım. İlk dəfə edəndə biraz zamanınız getsədə, əslində işin nə qədər asan olduğunun fərqinə varaqcaqsınız…