SEO
Məsləhətli

Google Search Console-a veb sayt necə əlavə edilir?

Google Search Console, SEO mütəxəssisləri üçün geniş imkanları təmin edən pulsuz SEO alətidir. Bir veb sayt yaratdıqdan sonra ilk addım saytı Google ilə tanış etməkdir. Google botları tərəfindən saytınızı indexlənməsi üçün Google Search Console istifadə etməlisiniz. Google tərəfindən pulsuz təklif olunan bu SEO aləti, veb saytınızdakı hərəkətləri izləməyinizə, Google-un veb saytınızı necə incələdiyini və indekslədiyini analiz etməyinizə, saytda texniki səhvləri tapmaq və onları düzəltməyə imkan verir. 

Saytınızı Google Search Console-a əlavə etmək üçün ilk öncə gmail hesabınız olmalıdır. Mövcud gmail hesabınızla daxil olduqdan sonra https://search.google.com/ bu linkə tıklayın aşağıdakı şəkildə göstərilən hissəyə domeninizin brauzerdə görünən hissəni (məs: https://sinefil.az) daxil edib, davam et butonuna klikləyin.

Qeyd 1: Domen adınız brauzerdə http və ya https olaraq necə görünürsə o şəkildə tam qeyd edin.

Qeyd 2: Əgər daha öncə bu prosesi etməmisinizsə şəkildəki kimi bir pəncərə açılacaq. Digər halda ikinci metoddan istifadə edilir. Həmin metodu bloqun ən sonunda göstərəcəyəm.

Daha sonra bir pəncərə açılacaq və domeni Google-a tanıtdırmaq üçün lazımı kodları sayta əlavə etmək lazımdır. Bu 2 üsulla edilir.

1: HTML faylını yükləyib, saytın kök fayllarına əlavə etməklə

DİQQƏT: Əgər cPanel-dən rahat istifadə edə bilmirsinizsə, ikinci üsuldan istifadə edə bilərsiniz.

HTML faylı yükləyib, hostinqdən cPanel-zə daxil olun. İşarəlidiyim “dosya yönetici” hissəsinə klikləyin.

Şəkildə işarətlənən “www” bölməsinə klikləyib, HTML faylını həmin hissəyə yükləyin. Prosesi bitirdikdən sonra Google Search Console səhifəsində “doğrula” butonuna klikləyin. Beləliklə, domenimizi Google-a tanıtdırmış olduq.

2: HTML kodunu kopyalayıb saytın kodlarına daxil etməklə

Aşağı doğru scroll edəndə şəkildə qeyd edildiyi kimi meta etiketini kopyalayıb, saytınızın <head><body> kodlarının arasına yapışdırmaq lazımdır.

WordPress sistemli saytlarda tək bir plaqin ilə bunu rahatlıqla edə bilərsiniz. Admin panelin sol tərəfindən Qoşmalar – Yeni qoşma əlavə et hissəsinə daxil olun. Daha sonra Simple Custom CSS and JS adlı qoşmanı yükləyib, aktivləşdirin.

Sol tərəfdə aktivləşən həmin qoşmada Add HTML Code bölməsinə daxil olub, sizə verilən HTML kodunu ora daxil edib, sol tərəfdə göründüyü kimi header kod bölməsini seçib yaddaşa verin.

Kodu saytımıza əlavə etdikdən sonra doğrulayın butonuna klikləyin. Beləliklə, domenimizi Google-a tanıtdırmış olduq.

Əgər daha öncə bu prosesi etmisinizsə, Google Search Console profilinizdə şəkildəki yerə klikləyib yeni “mülk ekle” seçib, eyni prosesi təkrarlamaqla da tamamlaya bilərsiniz. HTML faylını və ya kodunu tapmaq üçün ayarlar bölümünə daxil olun.

Back to top button