Jurnalistlərin ilk addımları -

30-11-2018, 14:00            25 dəfə baxılıb
 Azərbaycanın ilk və ən böyük universiteti olam BDU-da möhtəşəm tamaşa həyata keçirilib. Jurnalistka fakultəsinin hazırladığı “ Meydanın başladığı gün” adlı tamaşa bütün izləyicilərin diqqətini cəlb etdi. Tədbir BDU Tələbə Həmkarlar İttifaqı komitəsinin dəstəyi ilə ərsəyə gəlib. THİK-in sədri Daşqın Qənbərov çıxışında tədbir iştirakçılarını salamlayıb və təşkilatçılara uğurlar arzu edib.təşkilatçılara uğurlar arzu edib.
Aim.az: “ Meydanın başladığı gün” adlı tamaşasının mövzsusu vətənpərvərlik, azadlıq haqqında idi. Tədbirin layihə rəhbəri BDU Jurnalistika fakultəsinin 1-ci kurs tələbəsi Elcan Məmmədov çıxışında THİK-ə, Jurnalistika fakultəsinin dekanlığına və öz qrup yoldaşları olan, bu tədbirin ərsəyə gəlməsində ona böyük köməklik edən tələbələrə təşəkkürünü bildirib.
 Həm də ssenari müəllifi olan Elcan Məmmədov, həmin fakultənin 3-cü kurs tələbəsi, quruluşçu rejissor Türkan Məmmədova ilə birlikdə Azərbaycan xalqının tarixi boyu azadlığı uğrunda canından keçən qəhrəmanlarına həsr etdikləri tədbirə  qonaq qismində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramiz Rövşən və “ Qızıl qələm” mükafatı laueratı, yazıçı Elxan Elatlını dəvət ediblər.

  Uğurlarınız  bol olsun, əziz jurnalistlər!шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.