Ərinin birinci arvadı Cəmiləni məhkəməyə verdi

http://qafqazinfo.az/uploads/1513662217/esas.jpg

















“Sizi heç sosial şəbəkələrdə foto paylaşdığınıza görə məhkəməyə veriblər? Məni hə, məhkəməyə veriblər. Özü də bilirsiz kim? Həyat yoldaşımın keçmiş arvadı! Baxmayaraq ki, qadın həm mənim “facebook”, həm də instaqram səhifəmdə “blok”dadır”.

aim.az “Qafqazinfo”-a isdinadən xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə sosial şəbəkədə yazıb.

O, həyat yoldaşı Murad Temizin birinci xanımı tərəfindən məhkəməyə verildiyini bildirib:

“Mən onunla bağlı heç bir paylaşım etməmişəm. Onun mənə yazdıqlarına rəğəmən bir dəfə də olsun cavab verməmişəm. Amma məndən şikayəti var. Sən demə, xanımı öz ailə və həyat yoldaşımla paylaşdığım fotolarla narahat etmişəm. Bizim günümüz məhkəmələrdə keçir. Allah mənə səbr versin. Biz də onu məhkəməyə verəcəyik və məsələ uzansa təzminat tələb edəcəyik. Özü də çox böyük məbləğdə. Səbir edirəm, başqa çarə yoxdur”.

Qeyd edək ki, Muradla Cəmilə bu ilin yayında ailə həyatı qurub.

http://qafqazinfo.az/uploads/1513662217/aD.jpg

http://qafqazinfo.az/uploads/1513662217/er.jpg
loading...