Mərkəzi Bank cəlb etmək istədiyi məbləği açıqladı

http://banker.az/wp-content/uploads/2017/04/merkezi-AMB_sb-696x421.jpg













Azərbaycan Mərkəzi Bankı tərəfindən 29 yanvar 2018-ci il tarixində vəsaitlərin cəlb edilməsi üzrə depozit hərrac keçiriləcək.

“Bloomberg” Platformasında hibrid formasında keçirləcək hərraca 250 000 000 (iki yüz əlli milyon) manat həcimində vəsaitin cəlb olunması planlaşdırırlıb.

11:00-11:15 radələrində keçirləcək hərracla bağlı məlumatın platformada göndərilmə üçün vaxt 10:00 müəyyən olunub.

Əlavə olaraq bildirək ki, 14 gün müddətində müəyyən olunub və faiz dərəcəsi 10,01% – 14,99% aralığındadır.

Qeyd edək ki, sonuncu hərracda cəlb olunması planlaşdırlan məbləğdən 27 faiz çox, yəni, 318,0 mln. manat tələb olmuşdu.

Xatlrladaq ki, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.
loading...