Əlillərin mülkünə göz dikənlər kimlərdir? - “FENCİNG” İdman klubu 9 ildir haqsız təzyiqlərə məruz qalır -

5-12-2018, 16:00            33 dəfə baxılıb
 Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “FENCİNG” İdman klubunun təşkilatçılığı ilə mətbuat konfransı keçirildi.
Aim.az Stimulxeber.az-a istinadən xəbər verir ki, klubun mətbuat konfransını keçirməkdə məqsədi Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının son 9 ildə üzləşdiyi haqsız durumun ictimailəşdirilib cəmiyyətə çatdırılması idi. Mətbuat konfransında bildirildi ki, 9 ilə yaxındır ki, adıçəkilən idman klubuna məxsus ərazi bir qrup şəxs tərəfindən saxta sənədlər düzəldilərək, mənimsənilmək ərəfəsindədir. Redaksiyamıza təqdim olunan press-relizdə qeyd olunur:

07 mart 1997-ci ildə saxta alqı-satqı sənədi hazırlayaraq (22 saylı Dövlət notariat kontorunun saxta möhürü ilə 3MA-22 nömrəsi altında), güya mərhum Dürdanə Əliyeva adından etibarnamə ilə Rüstəm Xankişiyevin adına Maqsud Əlizadə küçəsi 29 saylı ünvanda yerləşən mülkiyyəti özününküləşdirmişdir. Bunu sübut edən sənədlər məhkəmə orqanlarına təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirlioyinin Dövlət Notariat Arxivinin 02 oktyabr 2009-cu il 05/01-M-85/2-13 saylı, 15 yanvar 2010-cu il 05/01-04/11 saylı, 18 yanvar 2013-cü 05/01-17/11 saylı və.s. sorğulara cavab məktubları ilə alqı-satqı müqaviləsinin saxta olduğu təsdiqlənmişdir. Bu məktublar həm bizə, həm də məhkəmə orqanları tərəfindən verilmiş sorğulara cavabdır. 
Sorğulara verilən cavablarda qeyd olunmuşdur ki, 3MA-22 saylı alqı-satqı müqaviləsi 1997-ci il 07 mart tarixində deyil, 05 mart tarixində, Dürdanə Əliyeva və Rüstəm Xankişiyev arasında deyil, ümumiyyətlə başqa şəxslər və başqa ünvan üzrə bağlanmışdır. Dürdanə Əliyeva ilə Rüstəm Xankişiyev arasında isə nəinki 07 mart tarixində, ümumiyyətlə 1997-ci ildə heç bir əqd bağlanmamışdır. Bu səbəbdən də qarşı tərəfin, güya 22 saylı Dövlət Notariat kontorunda kiçik həcmli yanğın çıxmasına diqqəti yönəltməsi absurddur.
Sənədlərlə tanış olan cavabdehin hüquqi varisləri Xankişiyev Ramil Rustamoviç, Xankişiyeva Flora Rustəmovna, Xankişiyev Avdil Rustamoviç iddiaçının hüquqi varisi, əmlakı təmənnasız olaraq Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının həmtəsisçilərindən biri olan “FENCİNG” İdman Klubu ictimai birliyinə bağışlayan Əliyev Təhmasib Qaçay oğlu ilə məhkəmənin təklifini nəzərə alaraq, 10 sentyabr 2014-cü ildə barışıq sazişi bağlamışdılar. Barışıq sazişi Bakı şəhəri 43 saylı notariat kontorunda 10 sentyabr 2014-cü ildə 3m-695 saylı reyestr nömrəsi ilə qeydə alınmışdır.
Barışıq sazişinin bəndlərinə müvafiq olaraq, cavabdehin varisləri iddiaçının Bakı şəhəri, Əlizadə küçəsi 29 saylı evin ½ hissəsinə olan iddiasını qəbul edir, ½ üzrə tam mülkiyyət hüququnu tanıyırlar. 
Bununla məsələni bağlanmış hesab etmək olardı. 
Amma əfsuslar olsun ki, Xankişiyev Rüstəm vəfat etdikdən sonra , həmin evin digər ½ hissəsini erməni siyasətinə uyğun olaraq, varislərin məlumatı olmadan, qüvvədən düşmüş etibarnamə ilə satan Cahangir Baxış oğlu Quliyev klubumuza aid olan digər ½ hissəni də erməni üsulu ilə ələ keçirməyə çalışır.
O məhkəməyə güya, Bakı şəhəri 38 saylı notariat kontorunda 15 sentyabr 2006-cı ildə 7E-30/9303 saylı reyestr nömrəsi ilə təsdiq edilmiş saxta qəbz təqdim etmişdir. Sənədin saxta olduğunu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 38 saylı Notariat kontorunun 06 may 2014-cü il 231 saylı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 29 may 2014-cü il 05/M-46-13 saylı məktubları sübut edir. 
Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın sədrliyi, Apelyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarında məhkəməyə Cahangir Quliyev tərəfindən təqdim edilmiş saxta sənədə hüquqi qiymət verilməsi əvəzinə qanuni don geyindirilməsi istiqamətində qərar qəbul edilmişdir.

Əlillərin mülkünə göz dikənlər kimlərdir? - “FENCİNG” İdman klubu 9 ildir haqsız təzyiqlərə məruz qalır
Əlillərin mülkünə göz dikənlər kimlərdir? - “FENCİNG” İdman klubu 9 ildir haqsız təzyiqlərə məruz qalır
Əlillərin mülkünə göz dikənlər kimlərdir? - “FENCİNG” İdman klubu 9 ildir haqsız təzyiqlərə məruz qalır
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.