Ermənistan Elnur Hüseynzadəni azad edə bilər -

5-12-2018, 15:15            202 dəfə baxılıb
 Ermənistan hakimiyyəti əsir düşən azərbaycanlı Elnur Hüseynzadəni vaxtından əvvəl azad etmək imkanını nəzərdən keçirir.
Aim.az Rusarminfo-ya istinadən bildirir ki, E.Hüseynzadənin azad olunması hərbi əsirlərin dəyişdirilməsi zamanı baş tuta bilər.
Bununla belə, Ermənistan rəhbərliyi bəyan edib ki, 2014-cü ilin iyulunda qohumlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedərkən erməni əsgərləri tərəfindən əsir götürülən Dilqəm Əsgərov Şahbaz Quliyevin azad olunması barədə söz gedə bilməz.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan E.Hüseynzadə 2017-ci ilin fevral ayında Talış kəndi yaxınlığında qeyri-muəyyən şəraitdə əsir düşüb.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.