Bakıda Dövlət Bayrağı gününə həsr olunan veloyürüş keçirilib -

9-11-2018, 17:00            225 dəfə baxılıb
 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) velosiped idmanı klubunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkil etdikləri 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.
Aim.az "Report"a istinadən xəbər verir ki, DTX-dan verilən məlumata görə, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, DTX-nin velosiped idmanı klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.
“Azneft” dairəsindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.
Sonda veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda xatirə şəkilləri çəkdiriblər.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.