Bakı-Qazax yolunda yük maşını belə aşdı - VİDEO -

9-01-2019, 17:00            77 dəfə baxılıb
 Kürdəmir rayonunda yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini, 1984-cü il təvəllüdlü Tərxan Vahid oğlu Məmmədovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınındakı mişar daşları asfalta dağılıb və yol qısa müddətdə birtərəfli qaydada bağlanıb. Hərəkət yalnız xüsusi texnikanın köməkliyi ilə bərpa olunub.
Hadisə nəticəsində sürücü xəsarət alıb və ona lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.