Voleybolçunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə verib

https://apa.az/upload/images/news/2018/january/11/big/baki-agir-cinayetler-mehkemesi.jpg


















Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində voleybolçunu qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda şahid qismində qətlə yetirilən qadının qonşuları ifadə veriblər. Onlar bildiriblər ki, bir neçə gün həmin qadından xəbər çıxmayıb. Bundan sonra onun evinin qapısını sındırıblar və öldüyünü görüblər. Şahidlər sonradan A. Morozovanın boğularaq qətlə yetirildiyini öyrəndiklərini bildiriblər.
Proses yanvarın 18-də davam edəcək.


İttihama görə, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin mərhumun tanışı, 1985-ci il təvəllüdlü Namiq Vəkilov tərəfindən törədildiyi müəyyən edilib. O, hadisədən bir gün sonra Qazax rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

Məlum olub ki, Namiq Vəkilov fevralın 24-də Anjelika Morozovanın yaşadığı Hövsan qəsəbəsindəki evinə gəlib. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Namiq Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub.

Voleybolçu olan Anjelika Morozova tək yaşayıb.

Namiq Vəkilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.\apa.az
aim.az
loading...