45 əlil Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınıb -

6-12-2018, 17:30            35 dəfə baxılıb
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 45 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı müalicə müəssisələrinə yola salınıb.

Aim.az Stimulxeber.az-a istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, bildirilib ki, fiziki məhdudiyyətli insanlarla bağlı nazirlik tərəfindən aparılan işlərin bir istiqaməti də həmin insanların sağlamlıqlarının bərpasına yönəlib. Hazırda 45 nəfərin 10 gün müddətinə Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınması da bu məqsədlə görülən işlərdən biridir. Göndərilən şəxslərin xəstəliklərinə uyğun olaraq 19 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 16 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında müalicə kursu keçəcək. Qalan 10 nəfər isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər.

Yola salınan əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razı qaldıqlarını, səmərəli müalicə kursu keçmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.