"Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması müzakirə olunub" - XİN

https://apa.az/upload/images/news/2017/december/28/big/hikmet-haciyev-7.jpg

“Azərbaycan tərəfi ailələrinin məzarların ziyarət etmək üçünKəlbəcərə gedən və girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması məsələsini Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edib”.



APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bundan başqa, itkin düşmüş 4 min nəfərədək Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılıb: “Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında təmasları yaxından dəstəkləyib”.
loading...