Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi -

14-01-2019, 17:45            112 dəfə baxılıb
 Bakılı Roman Simanduyev Rusiya prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı - respublika baş nazirinin müavini təyin edilib.
Aim.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə fərmanı regionun rəhbəri səlahiyyətlərini icra edən Radi Xabirov imzalayıb.
R.Simanduyev bu vəzifədə digər həmvətənimizi - Başkortostan rəhbərinin sənaye və yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri təyin olunmuş Fərhad Səmədovu əvəz edib.
Roman Simanduyev 1964-cü ildə Bakıda doğulub.
Moskva Toxuculuq İnstitutunu və Moskva Hüquq İnstitutunu bitirib. 2005-2017-ci illərdə RF prezidentinin daxili siyasət idarəsinin referenti olub.
Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani rayonunda doğulub. V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycanda başlayıb. 2003-cü ildə Başkortostana köçüb, "Başneft" şirkətinin neft-kimya departamentinin direktoru, "Birləşmiş Neft Kimya şirkəti" səhmdar cəmiyyətinin prezidenti olub.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.