Yardımlıya 7,5 milyon manat pul ayrılıb – Sərəncam -

3-12-2019, 16:45            24 dəfə baxılıb
Prezident İlham Əliyev dekabrın 3-də “Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 7 milyon 511 min 400 manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.