“Parlament yenidən formalaşacaq” – PREZİDENT -

2-12-2019, 17:31            36 dəfə baxılıb

İlham Əliyev: "Biz gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər”
 
"Bildiyiniz kimi, keçən həftənin sonunda Prezident Administrasiyasının yeni strukturu təsdiq edildi. Bu struktura görə, uzun illər rəhbərlik etdiyiniz katiblik, bir neçə şöbə ləğv olundu və bir neçə yeni şöbə yaradıldı. Bu, təbii prosesdir. Çünki ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları”.
 
Anews.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev, Azərbaycan Respublikası Prezidenti Katibliyinin keçmiş rəisi Dilarə Seyidzadəni qəbul edərkən deyib.
 
"Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda, gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını göstərsinlər”, - deyə ölkə rəhbəri bildirib.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.