"Vurub öldürüm yazığı?" - Elnarədən Nigara cavab -

29-11-2019, 15:20            86 dəfə baxılıb
Əməkdar artist Elnarə Abdullayeva müğənni Nigar Camalın onu tanımamasına cavab verib.

Axşam.az xəbər verir ki, xanəndə "Show news" verilişinə açıqlamasında özünün də Nigarı tanımadığını deyib:

"Nə edim, gedim vurub öldürüm yazığı? Tanımır da. Mən də onu belə tanımıram. Hələ bir soruşun muğan ifaçıları kimisə bəyənir, ya yox? Biz şou adamı deyilik, muğam ifaçısıyıq. Xalqın dərrakəli, ağıllı, qabiliyyətli ifaçıları olmalıyıq.

Azərbaycan musiqisinin anasını, atasını çiynində gəzdirın bizik. Kiminsə bizi tanıyıb-tanımaması, bəyənib-bəyənməməsi önəmli deyil.  Biz Azərbaycan xalqının mədəniyyətinə xidmət edirik. Mədəniyyət də muğam və aşıq sənətidir".

шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.