Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 28 yaşlı gənci "Makarov"la qətlə yetirdi -

29-11-2019, 10:24            89 dəfə baxılıb

Abşeronda qətl törədilib.

Aim.az -ın məlumatına görə, hadisə Bakı-Yevlax magistral yolunun 26-cı kilometrliyində, Pirəkəşkül qəsəbəsində yerləşən “Avropa” kafesində baş verib. Şəxsi münasibətlər zəminində mübahisə düşüb və bu zaman 1984-cü il təvəllüdlü Gərayev Orxan Əmirxan oğlu üzərində olan “Makarov” tipli tapança ilə 1991-ci il təvəllüdlü paytaxt sakini Xəlilov Kamran Əli oğluna xəsarət yetirib. Kamran Xəlilov hadisə yerində olan naməlum şəxslər tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Baş verən qətllə əlaqədar hadisə yerinə baxış keçirilib, əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.