Oqtay Gülalıyev palataya köçürüldü -

27-11-2019, 10:37            141 dəfə baxılıb

Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş yoxdur.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı onun oğlu Əli Gülalıyev yayıb.
“Atam Oktay Gülalıyev bu gün Amerikan xəstəxanasında palataya köçürülüb. Vəziyyəti ağır olaraq qalır, təəssüfki… Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər tədavi görürlər”,-deyə Əli Gülalıyev bildirib.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.