Bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR - Pulsuz xidmət olacaq -

26-11-2019, 15:57            206 dəfə baxılıb

Məlum olduğu kimi, "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.
 
Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 30 noyabr 2019-cu il tarixində Bakı şəhəri 8 və 10 saylı Vəkil Büroları tərəfindən Quba rayonunda yerləşən Heydər Əliyev Mərkəzində saat 10:00-13:00-da Quba və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.
 
Bu kimi tədbirlərin Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.