Ötən gün prezidentin təltif etdiyi müəllim xəstəxanalıq oldu -

26-11-2019, 12:08            221 dəfə baxılıb
Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi, fəlsəfə elmləri namizədi, 78 yaşlı Fazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.
 
Modern.az-ın xəbərinə görə, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
 
Belə ki, F.Vahidov 39 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək istəyən zaman sürücü qəfildən avtobusu idarə etməyə başlayıb. Bu zaman F.Vahidov yıxılaraq ağır xəsarətlər alıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ilin noyabrın 25-də imzaladığı sərəncamla F.Vahidov 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
 
Modern.azшаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.