Azərbaycanda maraqlı mənzərə: İki rayonun bir İcra başçısı var - FOTOFAKT -

17-11-2019, 13:39            124 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, noyabr ayının 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakının iki rayonunda, eləcə də Şirvan şəhəri və Zərdab rayonunda icra başçıları dəyişdirilib.
Aim.az Faktaz.com istinadən xəbər verir ki, icra başçılarının təyinatından 2 gün ötsə də adları qeyd olunan bəzi şəhər və rayonların İcra Hakimiyyətlərinin rəsmi veb-səhifələrində müvafiq düzəlişlər edilməyib.
Yeni təyin olunan 5 icra başçısından yalnız 2-nin - Suraxanı və Zərdab rayon İcra Hakimiyyəti başçılarının - Mərdan Camalov və Rafiq Quliyevin tərcümeyi-halları rəsmi veb-sayta yerləşdirilib.
Yasamal rayon İcra Hakimiyyətinin rəsmi veb-saytının müvafiq bölməsində (İcra Başçısı) heç bir məlumat yoxdur.
Suraxanıl rayon İcra Hakimiyyətinin rəsmi veb-saytının müvafiq bölməsində isə yalnız yeni başçının ad və soyadı var.
Şirvan şəhər İcra Hakimiyyətinin rəsmi veb-saytının müvafiq bölməsində yeni İcra başçısı İlqar Abbasovun yerinə keçmiş İcra başçısı Mərdan Camalovun tərcümeyi-halı hələ də qalmaqdadır.Azərbaycanda maraqlı mənzərə:

Azərbaycanda maraqlı mənzərə: İki rayonun bir İcra başçısı var - FOTOFAKT
шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.