Zəhərlənən qızların son vəziyyəti -

23-11-2019, 11:24            213 dəfə baxılıb
"Zəhərlənən tələbələrin vəziyyəti stabil olaraq qalır”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Lent.az -a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. 

O bildirib ki, tələbələrin vəziyyəti yaxşılaşmağa doğru gedir: "Onların reanimasiyada müayinələri davam edir. Həmçinin tələbələrin bir neçə günə evə buraxılması gözlənilir”.

Qeyd edək ki, tələbələr Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlarla eyni otaqda qalan və zəhərlənən Şəkər Xasmətovanın isə meyiti aşkarlanıb. шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.