Deputatdan büdcə təklifləri: “Yeni qızıl mənbələri axtarılsın, ev növbəsinin həlli ilə bağlı pul ayrılsın” -

22-11-2019, 12:03            86 dəfə baxılıb
2020-ci ilin dövlət büdcə layihəsi Milli Məclisin komitələrinin birgə iclasında ikinci oxunuşda müzakirə edilib.
Deputat Tahir Kərimli Oxu.Az-a açıqlamasında ikinci oxunuş zamanı səsləndirdiyi təkliflərdən danışıb.
O bildirib ki, Özbəkistanın artıq Türkiyə və Qazaxıstan qədər qızıl ehtiyatı var.
T.Kərimli Azərbaycanda da qızıl ehtiyatının artırılmasını vacib sayır.
“Azərbaycan qızıl üçün yeni mənbələr axtarmalıdır”, - deyə o əlavə edib.
Parlamentari “Əsrin müqaviləsi”ndən hər il Azərbaycana ödənilən 450 milyon dolların optimal xərclənməsi ilə bağlı təklif verdiyini də deyib.
Deputat SSRİ dövründən bu yana ev növbəsinə duran insanların problemlərinin həllini də vurğulayıb:
“SSRİ zamanından ev növbəsinə duranlar mənzillə təmin olunmurlar, bu isə müəyyən narazılıqlar yaradır. Təklif etdim ki, problemin həlli üçün vəsait ayrılsın”.
T.Kərimli vətəndaşlarda qalan özəlləşdirmə çeklərinin düzgün qiymətləndirilməsini də vacib sayır.
T.Kərimli onu da əlavə edib ki, enerji içkilərinin satışına məhdudiyyət qoyulmalıdır.
Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinin 24 milyard 134 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Büdcənin xərcləri isə 26 milyard 914 milyon manat olacaq.
2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat səviyyəsində proqnozlaşdırılır.
İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard.117 milyon manat və ya 7,7% çoxdur.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.