Gəncə Regional Mədəniyyət İdarəsində Uşaq musiqi və incəsənət məktəblərində fortepiano, xalq çalğı alətləri, xor-dirijorluq ixtisasları üzrə ustad dərslər keçirilir. -
21-11-2019, 23:29292 dəfə baxılıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən gənc nəslin ifaçılıq qabiliyyəti, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi və iş keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 18-22 noyabr 2019-cu il tarixlərində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq musiqi və incəsənət məktəblərində fortepiano, xalq çalğı alətləri, xor-dirijorluq ixtisasları üzrə ustad dərslər keçirilir. Ustad dərsləri Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbiondə, Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi məktəbində, Uşaq İncəsənət məktəbində və Gəncə Dövlət Universitetində təşkil olunacaqdır.