Oqtay Gülalıyev Amerikan Xəstəxanasına köçürüldü -
19-11-2019, 17:21122 dəfə baxılıb
Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbul şəhərindəki Amerikan Xəstəxanasına köçürülüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə onun oğlu Təbriz Gülaliyev öz "Facebook” hesabında məlumat verib. "Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən Amerikan Xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər”, - deyə o qeyd edib.Qeyd edək ki, O.Gülalıyev Türkiyənin "Avrasiya” Klinikasında müalicə olunurdu.
O, oktyabrın 29-da yolu keçən zaman avtomobil tərəfindən vurulub.
Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb.шаблоны для dle 11.2