Bakıda böyrəyini satışa çıxaran qadınla bağlı ŞOK XƏBƏR -

19-11-2019, 12:48            55 dəfə baxılıb
Bakıda 2 qadın arasında baş verən dava-dalaşla bağlı cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Sabunçu rayonunda X.Muradxanovanın həmcinsi H.Əsədovanı döyərək xəsarətlər yetirməsi faktı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci, yəni, qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə cinayət işi açılıb. İş üzrə məhkəmə prosesi hakim Fəqan Əhmədovun sədrliyi ilə keçiriləcək və məhkəmənin hazırlıq iclası 22 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, barəsində cinayət işi açılan iki uşaq anası X.Muradxanova maddi sıxıntılarına görə bir müddət əvvəl böyrəyini satışa çıxarmışdı. Bu barədə mətbuatda məlumatlar dərc edilmişdi.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.