Ərdoğanla görüşdən sonra qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə bloklandı -

14-11-2019, 10:25            100 dəfə baxılıb
Respublikaçı senator Lindsi Qrem Osmanlı İmperiyasında illər öncə olduğu qəbul edilən qondarma “erməni soyqrımın”ı bloklayıb.
Qrem senatorun bütün palata tərəfindən qəbul olunan qətnaməni blok edə bilmək hüququndan istifadə edib.
“Biz Türkiyə dövlət başçısı və ABŞ rəhbəri ilə görüşüb, Suriyada qarşılaşdığımız problemlərlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, Türkiyə və Ermənistan problemlərinin birgə həlli mümkündür”, - deyə senator bildirib.
Trampın həmfikiri kimi tanınan Qrem senatorlara müraciətlə deyib ki,  tarixi yenidən yazmaq lazım deyil.
Xatırladaq kı, qondarma “erməni soyqrımı” ilə bağlı qətnamənin qəbulu Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmiş, Türkiyə isə buna sərt reaksia vermişdi.
шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.