Minimum pensiya artırılacaq - Nazir açıqladı -

13-11-2019, 17:18            80 dəfə baxılıb
Azərbaycanda minimum pensiya bir il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq, Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu.
Oxu.Az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.
O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir:
“Məsələn Qarabağ müharibəsi əlilliyi olan şəxslərə 250 manata qədər müstəlif təqaüdlər ödənilir, digər əlilliyi olan şəxslərə 100 manat. Bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfəri əlavə təaqüdlər alır.
Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılması istiqamətində işlər görüləcək”.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.