"8-ci sinif şagirdinin başı kəsilməsi xəbəri yalandır, təxribat məqsədli paylaşımdır"- Kəmalə Ağazadə bəzi saytları qınadı -

8-11-2019, 16:31            65 dəfə baxılıb
Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə bildirib ki, müxtəlif saytlardan bu video bizə də göndərildi: "Daha çox "İnstaqram"da paylaşılan informasiyalar idi. Mən dərhal Şəmkir rayonundakı mərkəzimizlə əlaqə saxladım. Onlar belə bir hadisənin olmadığını söylədilər. Mən paralel olarak Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi əlaqə saxladım. Ümumiyyətlə, bu günlərdə belə bir hadisə baş verməyib. Araşdırmamıza görə bu bir neçə il bundan öncə çəkilən videodur. Bu hadisənin Şəmkirdə olması təsdiqini tapmayıb. Ümumiyyətlə bu hadisənin harada baş verməsindən asılı olmayaraq, onu bu gün yaymaqda məqsəd hansısa bir təxribatı törətməkdir. Sadəcə mən üzülürəm ki, ölkənin tanınmış saytları məlumatı araşdırmadan, dəqiqliyini araşdırmadan dərhal paylaşırlar".
Kəmalə Ağazadə vurğulayıb ki, bu videolar insanların şüuruna çox pis təsir edir: "Heç kim bunu anlamaq istəmir. Sadacə öz reklamları üçün bu cür məlumatları yayırlar. İnsanlara rəhmləri gəlsin. Belə bir hadisə bu günlərdə baş verməyib. Bu köhnə materialdır. Amma onun boğazının kəsilməsi, belə bir rəvayətin uydurulması faktı yoxdur. Qızın hamilə qalması məsələsi yalandır. Çox güman ki, bu məşiət zəminində baş verən qətldir. Hər nə olsa da, bəli, bu ağır cinayətdir. Amma bunu 8-ci sinif adı ilə bu cür xəbərlər yaymaq doğru deyil. Onsuz da qadınlarımıza qarşı çox böyük dirənişlər var. Nəyə görə azyaşlı qızlara qarşı bu cür ləkələr yaxırlar. Heç kim düşünmür ki, şüuraltı necə problemlər yaşanır. Bu yazılarla ata və qardaşlarda öz bacılarına, qızlarına qarşı inamsızlıq formalaşdırılır. Bunu anlamaq bu qədərmi çətindir?! Mən düşünürəm ki, bu cür xəbərlərin yayılmasında hansısa bir təxribat var".шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.