Gözəlliyin ünvanı bəlli oldu -

8-11-2019, 12:44            79 dəfə baxılıb




DIRNAQLARI CƏMİ 40 DƏQİQƏYƏ GÖZƏLLƏŞDİRƏN MANİKÜR USTASI ŞƏXSİ MƏKANIYLA XANIMLARIN XİDMƏTİNDƏ

 

Bugünlərdə Bakıda yeni gözəllik salonu fəaliyyətə başlayıb. Cəmi 40 dəqiqəyə xanımların dırnaqlarını ən yüksək səviyyədə gözəlləşdirən manikür ustası Dəniz xanım nəhayət, öz gözəllik salonuyla xanımların qulluğunda duracaq.

Noyabrın 5-də keçirilən açılış mərasimində ölkənin tanınmış sənət adamları iştirak ediblər. Tədbirin idarəçisi, tanınmış aparıcı Zümrüd Bədəlova Dənizin az yaşında öz zəhməti, istedadı və bacarığı ilə bu günlərə qədər gəlib çıxdığını deyib.

Açılışda iştirak edən Əməkdar artist Ruhəngiz Musəvi özünün xoş arzularını səsləndirib, gənclərin hər sahədəki uğurlarından sevincini ifadə edib.

Əməkdar artist Dilarə Əliyeva Dəniz xanımla uzun müddətdir çalışdığını deyib, ona uğurlar arzulayıb: “O, tez bir zamanda mənim sevgimi, simpatiyamı qazandı. Belə gənc yaşda bu qədər böyük zəhmətlə uğurlar qazanan, karyera quran, ətrafına onu sevən insanları toplayan, xanımlara gözəllik bəxş edən bir qızı tanımağıma görə çox şadam. Ona uğurlar arzulayıram. İstərdim ki, ildən ilə “Dəniz beauty” böyüsün, hamımızı sevindirsin.

Müğənni Aygün Şükürova da salonun daimi müştərilərindəndir: “Dənizlə Zümrüd xanımın verilişində oldu. Ondan sonra dırnaqlarımı ona əmanət elədim. Həm işini, həm də özünü çox bəyənirəm. Uğurlar arzulayıram. Əvvəl Dənizə dırnaqlarımızı əmanət edirdiksə, indi bütün gözəlliyimizi əmanət edəcəyik”.

Açılışda həmçinin, müğənnilər Dilarə Kazımova, Aytac Vidadiqızı, stilist Samiraldo və başqaları iştirak ediblər.

Açılış musiqi proqramı ilə davam edib.

Sonda “Dəniz beauty”nin rəhbəri manikür ustası Dəniz xanım hər kəsə təşəkkür edib. Bundan sonra salonundakı ustalarla bərabər xanımları daha da gözəlləşdirmək üçün onların qulluğunda duracaqlarını deyib.




 
Aim.azшаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.