SOCAR: Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik -

7-11-2019, 14:10            34 dəfə baxılıb
"Neft Daşları”nın 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz "Instagram” səhifəsində neftçiləri təbrik edib. Oxu.Az xəbər verir ki, SOCAR "Facebook”dakı rəsmi səhifəsində Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür ünvanlanıb:"Azərbaycan neftçiləri adından Mehriban xanım Əliyevanın timsalında Azərbaycan dövlətinə, hörmətli Prezidentimiz İlham Əliyevə bizim əməyimizə daim göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirik.

Sizə dərin hörmət və böyük etimad bəsləyən Azərbaycan neftçiləri ölkəmizin rifahı və müasir dünyadakı mövqeyinin daha da gücləndirilməsi naminə öhdəmizə düşən işi layiqincə yerinə yetirəcəyimizə söz veririk!”
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.