Azərbaycana gətirilən dərmanlarla bağlı MÜHÜM TƏKLİF -

6-11-2019, 14:30            54 dəfə baxılıb
"Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələşdirilməsi ilə əlaqədar qanunvericilikdə dəyişikliklərin aparılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub".

Publika.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O bildirib ki, məsələ ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi nəzərdə tutulur.

E.Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyi Dövlət Gömrük Komitəsi ilə birgə bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir: "Düşünürəm ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq".

Qeyd edək ki, Baş nazirin müavini Əli Əhmədov ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtlərinin sadələşdirilməsinin vacibliyini deyib.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.