Bakı Polisindən Elçin Əlibəylinin döyülməsi ilə bağlı - AÇIQLAMA -

5-11-2019, 20:52            60 dəfə baxılıb
"Elçin Əlibəylinin müraciəti üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsində təhqiqat araşdırmaları aparılır".
Bu barədə Anews.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, faktla bağlı toplanmış materiallar əsasında müvafiq araşdırmalar davam etdirilir: "Bu barədə Elçin Əlibəyli məlumatlıdır. Onun sosial şəbəkələrdə səsləndirdiyi iddialar faktın mahiyyətini ifadə etmir, polis heç bir halda vətəndaş müraciətlərinə etinasız yanaşmır".
Qeyd edək ki, televiziya aparıcısı Elçin Əlibəyli sosial şəbəkədə Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyüldüyünü yazıb. шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.