Çempionlar Liqası: Almaniya və İngiltərədə vacib görüşlər -

5-11-2019, 12:03            54 dəfə baxılıb
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start veriləcək.
Oxu.Az xəbər verir ki, III turda üzləşən komandalar bu dəfə yenidən qarşılaşacaqlar.
Gecənin maraqla gözlənilən matçı Almaniyanın Dortmund şəhərində olacaq. Burada “Borussiya” Milan “İnter”ini qəbul edəcək. Görüş qrup ikincisini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Hazırda hər iki komanda eyni xala malikdir. Milandakı görüşdə İtaliya klubu 2:0 qalib gəldiyindən şəxsi göstəricidə üstünlüyə malikdir.
Həmçinin, Londonda baş tutacaq “Çelsi” – “Ayaks” oyunu eyni dərəcədə maraq daşıyacaq. Çünki eyni xala malik iki komanda, böyük ehtimalla, bu görüşlə qrup liderini müəyyənləşdirəcək. Amsterdamda baş tutan ilk matçda “Çelsi” 1:0 qalib gəldiyindən, İngiltərə təmsilçisi hazırda üstündür.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.