Ermənilər Bakıda həbs edilən bloger Lapşinə film çəkir-Azərbaycan əleyhinə “QARA SİYAHI” -

4-11-2019, 15:54            53 dəfə baxılıb
Biz hələ öz içimizdə Qarabağın azadlığını istəməyənlərin "qara siyahı”sı üstündə işə başlamamışıq, amma…

Filmdə yəhudi-rus blogeri A.Lapşinin Azərbaycandakı "qəhrəmanlığ”ından bəhs edilir…

Oktyabrın 17-də İrəvanda premyerası keçirilmiş 2016-cı il Aprel savaşındakı gerçəkləri ermənilərin xeyrinə təhrif edən "Cənnətin qapıları” kinofilminin rejissoru artıq "Qara siyahı” adlı yeni bir filmin çəkilişinə başlayıb.

Erməni nəşrlərinin yaydığı məlumata görə, Civan Avetisyan bu filmini üzdəniraq yəhudi-rus blogeri Aleksandr Lapşinin Qarabağa qanunsuz səfərinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid dolu çıxışlarına görə Bakıda haqlı yerə həbsdə saxlanılmasına həsr edib. Erməni rejissor A.Lapşini haqsız yerə həbsdə yatan bir "qəhrəman” kimi təsvir edir…

P.S. Biz hələ öz içimizdə Qarabağın azadlığını istəməyənlərin "qara siyahı”sı üstündə işə başlamamışıq… Amma Qarabağa gedib-gələn əcnəbilərin sicilləmə siyahısını tuturuq…
Sultan Laçın(moderator.az)
 
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.