"Qarabağ"a mütləq qalib gəlməliyik" - APOEL-in futbolçusu -

4-11-2019, 12:49            55 dəfə baxılıb

"Qol vurmaq üçün daha çox imkan qazanmalıyıq. Hücumu yaxşı sonluqla tamamlaya bilmirik, səhvlərə yol veririk".

Qol.az xəbər verir ki, bu sözlər APOEL-in yarımmüdafiəçisi Andre Vidiqal Kipr çempionatının son turunda AEK-lə görüşdən (0:0) sonra deyib.

Portuqaliyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la keçiriləcək oyuna da toxunub. O, Ağdam klubuna mütləq qalib gəlməli olduqlarını bildirib: "Hər oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Yolumuza davam edirik.  Avropa Liqasında vacib oyunumuz olacaq. Növbəti mərhələ şansını davam etdirmək istəyiriksə, "Qarabağ"a mütləq qalib gəlməliyik".

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də Nikosiyada keçiriləcək.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.