Dənizdə güclü küləklə bağlı son vəziyyət açıqlandı -

2-11-2019, 23:04            147 dəfə baxılıb


Milli Hidrometeorologiya Departamentinin saat 20:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft Daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.
“Ölkə.Az” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkəran, Neftçala, Şabran, Nabranda yağış yağıb. Xaltan, Qırız, Xınalıq və Şahdağda isə qar yağıb.
Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraitinin noyabrın 4-ü gündüzədək davam edəcəyi, güclü şimal-qərb küləyinin 3-ü səhər saatlarından tədricən mülayimləşəcəyi gözlənilir.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.