Oqtay Gülalıyevin hazırki VƏZİYYƏTİ - həkimi AÇIQLAYIR -

31-10-2019, 18:32            103 dəfə baxılıb
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu sabitdir.
Bu barədə Lent.az -a onun həkimi, professor Adil Qeybulla məlumat verib. O bildirib ki, O.Gülalıyev avtomobillə vurulduqdan sonra ağır kəllə-beyin travması alıb və təcili 1 saylı Klinik mərkəzə gətirilib, reanimasiya şöbəsinə yerləşdirilib:
"Orada baş beynin kompüter tomoqrafiyası müayinəsi aparılıb və qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə yerdəyişməyən sınıq, sol yarımkürədə şoxsaylı qansızmalar diaqnozları qoyulub. Xəstə saat axşam saat 11-12 arası xəstə yaxınlarının istəyi ilə Bakı “City Hospital”ın reanimasiya şöbəsinə köçürülüb. Xəstə klinikada intensiv müşahidə altında olub, mərkəzi venanın kateterizasiyası qoyulub və müalicə başlanılıb.
Getdikcə beyindaxili təzyiqin artması, huşun itməsi, anizokoriya əlamətləri yaranıb. İlk tomoqrafiyadan təxminən 12 saat sonra ikinci kontrol tomoqrafiya aparılıb, sol yarımkürədə beyin toxumalarını kompressiya edən hematoma olduğu müəyyən edilib. Xəstənin yaxınlarına cərrahi əməliyyat aparılması zərurəti izah edilib".
Professor qeyd edib ki, Səhiyyə Nazirliyi də konsultativ kömək məqsədilə işə müdaxilə edib, 3 nəfər neyrocərrahın iştirakını təmin edib:
"Saat 13 radələrində ümumi narkoz altında təcili cərrahi əməliyyat başlayıb, soltərəfli trepanasiya aparılıb. Müəyyən edilib ki, beyin toxumasının zədələnməsi nəticəsində qanama yaranıb və nəticədə yaranan hematoma həm daxildən, həm də sərt qişa altında xaricdən beyin toxumalarını kompressiya edir. Hematoma və onun qalıqları xaric edilib, qanama dayandırılıb, sanasiya edilib. Əməliyyat fəsadsız keçib. Xəstə stabil hemodinamik göstəricilərlə reanimasiya şöbəsinə verilib".
Həkim onu da bildirib ki, hazırda vəziyyəti stabildir, süni ventilyasiya aparatındadır:
"Xəstənin kritik durumdan çıxması üçün bir qədər zaman tələb olunur, lakin reabilitasiya uzun müddət çəkə bilər. Alınan travma xarakter etibarı ilə ağır hesab edilir. Xəstənin sonrakı ixtisaslaşdırılmış müalicəsi üçün Respublika Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülməsi istiqamətində danışıqlar gedir.
Allah şəfa versin!".
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.