Ramiz Mehdiyevin bu faktı yayması... – Həsənquliyev -

31-10-2019, 11:53            83 dəfə baxılıb
Nəticə əldə edə bilmədikləri üçün ekstremizmə yuvarlanmış və ayrı-ayrı mafioz qrupların əlində əlatə çevrilmiş və “fit müxalifəti” adını qazanmış bəzi partiya sədrləri iddia edirlər ki, guya onların mübarizəsi Azərbaycanı Türkmənistana çevirməyə imkan verməyib. Bu, kökündən yalnış yanaşmadır. İqtidar istəsəydi bu çoxdan baş vermişdi. Regionlara baxın, Bakıdan komanda verilməmiş belə bəzi bölgələrdə vəziyyət Türkmənistandan heç də yaxşı deyil. Özü də vaxtilə siyasi fəallığı ilə fərqlənmiş bölgələrdə. Ona görə də azsaylı fəal insanları iqtidarla qeyri-bərabər qarşıdurmaya aparıb xəyal qırıqlığına uğratmaq qəhrəmalıq deyil, demokratik proseslərə böyük zərbədir.
Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə geniş müsahibəsində deyib. O bildirib ki, Qərb dairələrinin və onların təsir dairəsində olan bir-iki hüquq müdafiə təşkilatının şablon bəyanatlarını, “Qərb Azərbaycanda demokratik prosesləri dəstəkləyir” kimi xalqımıza təqdim etməkdən böyük rəzillik ola bilməz:
“Qərb Ermənistana görə heç vaxt Azərbaycanda demokratik prosesləri dəstəkləməyib və dəstəkləməz. Elçibəy hökumətinə sanksiya tətbiq edib, onun devrilməsini müdrükcəsinə seyr edən onlar idi. Çünki bilirdilər ki, demokratik islahatlar güclü iqtisadiyyat, güclü ordu deməkdir. Güclü ordusu olan ölkə isə heç vaxt bu cür alçaldıcı işğalla barışmaz. Ramiz Mehdiyevin ABŞ səfirinin hökumətdən seçkinin nəticələrinə etiraz edən insanlara xitabən tələb etdiyi “küçələrdən onları yığışdırın” açıqlamasını yayması nə tez yaddan çıxdı. Hansı ki, heç vaxt təkzib olunmadı. Amma həmin səfirliyin ictimaiyyət üçün verdiyi açıqlama necə idi?”
Q.Həsənquliyev deyib ki, Qərbin müəyyən dairələri yerli mafioz qüvvələrlə birlikdə Kərimli dəstəsini bir az canlandıra bilər:
“Dünən Kərimlini ifşa edəni bu gün onun təyin etdiyi mitinqə dəstək verməyə məcbur edə bilər. Yalnız ona görə ki, iqtidarın başlatdığı islahatları ya dayandırsın, ya da uğusuzluğa düçür edib ölkəni 30 il geri atsın. Bu gün Heydər Əliyevin hakimiyyətdə olduğu zaman buraxdığı “səhvlərdən” danışan adamlar anlamırlar ki, idrəetmə xalqın sosial inkişaf indeksinə uyğun olmayanda nəticələr ölkə üçün çox ağır olur. Heydər Əliyev bunu çox gözəl bilirdi. Cəmiyyət inkişaf etdikcə idarəetmə təkmilləşməlidir, hansı ki, İlham Əliyev bu gün, əgər imkan versələr, bunu etməyə çalışır”.(Axar.az)шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.