Oqtay Gülalıyevlə bağlı SON XƏBƏR - YENİLƏNİB -

30-10-2019, 16:41            106 dəfə baxılıb
15:40
"City Hospital"da O.Gülalıyev üzərində aparılan cərrahiyyə əməliyyatı bitib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, xəstə yaxın 20 dəqiqə ərzində əməliyyat blokundan reanimasiya şöbəsinə aparılacaq.
----------
13:49
Oqtay Gülalıyev əməliyyata götürülüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, "City Hospital"dan Səhiyyə Nazirliyə verilən məlumata əsasən, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, öncə ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi "City Hospital"a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.
Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.
----------
12:11
Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən KTM-ə gətirilib.
Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb:
"Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.