Tovuzda güllələnən şəxslə bağlı rəsmi AÇIQLAMA -

26-10-2019, 12:08            188 dəfə baxılıb
Tovuz rayonun düşən dava bir nəfərin güllələnməsi ilə nəticələnib.


Hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Belə ki, Abdıyev Nəriman Mirzə oğlu "makarov" tipli silahdan istifadə edərək həmkəndlisi Qasımov Habil Əli oğlunu öldürmək istəyib. O, sillahdan iki atəş açıb.


Biri H.Qasımova dəyməsə də, digəri onu yüngül yaralayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb kənd qəbristanlığında mal-qara otarılması olub. Belə ki, Nəriman Abdıyev Habil Qasımova kənd qəbrsitanlığında mal-qara otarmasıan görə irad tutub. Nəticədə tərəflər arasında insident yaşanıb. Sonuncu mübahisə isə H.Qasımovun güllələnməsi ilə nəticələnib.


Keçirilən əməliyyatla hadisəni törədən Nəriman Abdıyev Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.


Tovuz rayonundan yaşanan silahlı insidentlə bağlə Daxili İşlər Nazirliyinin Qərb Regional Qrupunun Baş isnpektoru Eşqin Qasımovun  verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.


"Hadisə nəticəsində xəsarət alan olmayıb. Onu deyə bilərəm ki, hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır."


(Baku.ws)шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.