Dövlət sifarişi ilə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılır -

19-10-2019, 15:10            223 dəfə baxılıb

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30 faizədək artırılması nəzərdə tutulub.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Bu layihələrə əsasən, 2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat və ya 38,3 faiz çoxdur.

2020-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz təşkil edəcək. Bu da 2019-cu ilə nisbətən 2,6 faiz-bənd çoxdur. Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 3,8 faiz olacaq ki, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 0,9 faiz-bənd çoxdur.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.